Cinayətin üstü 3 aydan sonra açıldı

Cari il iyulun 27-də Ağstafa rayonunun Saloğlu qəsəbəsi ərazisindəki fermaya gəlmiş Qıraq Kəsəmən kənd sakini Abil Əliyev münaqişə zəminində fermanın sahibi Cəmil Əliyevi tapançayla öldürəcəyi ilə hədələmiş və sonuncu onun əlindən tapançanı almağa cəhd göstərərkən 1 dəfə atəş açılmış, xəsarət alan olmamışdır. DİN-dən "Olaylar"a bildirilib ki, görülmüş tədbirlərlə A.Əliyev polis əməkdaşları tərəfindən saxlanılmış, hadisəni törədərkən istifadə etdiyi tapança və içərisində 3 ədəd patron olan patron darağı, habelə 1 ədəd giliz götürülmüş, bu zaman onun sərxoş halda olması müəyyən edilmişdir. Araşdırmalarla A.Əliyevin qeyd edilən tapançanı Ağstafa şəhər sakini Qurban Yusifova məxsus Poylu kəndi ərazisindəki  çoban işlədiyi fermadakı dolabdan tapması müəyyən edilmişdir. Q.Yusifov Ağstafa RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. O, qeyd edilən "Beretta 1934" markalı silahı tapdığını bildirmişdir.Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hər iki şəxs məsuliyyətə cəlb edilib. Hazırda istintaq tədbirləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31