Evdən qızıl-zinət əşyaları oğurlayan ələ keçib

Bərdə rayonu ərazisindəki evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs  saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 23-də rayon ərazisindəki evlərin birindən 2000 manat dəyərində qızıl-zinət  əşyaları oğurlamaqda şübhəli bilinən Bərdə şəhər sakini Zamin Qurbanlı saxlanılmışdır. Onun oktyabrın 24-də daha 1 evdən 200 manat, 80 ABŞ dolları və 14000 rus rublu, habelə qızıl və məişət əşyaları oğurlaması da müəyyən edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31