Axtarışda olan şəxs Belarusda saxlanılıb

Azərbaycanda axtarışda olan şəxs Belarusda saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 181-ci maddəsi (quldurluq) ilə axtarışda olan Firuz Quliyev Belarus Respublikasının ərazisində saxlanılıb. Qeyd edək ki, F.Quliyev Azərbaycana ekstradisiya edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31