“Belarus”la minik avtomobili toqquşub - ölən var

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Zərdab rayonunda "Belarus" markalı traktorla "VAZ" markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş vermişdir. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü, 1964-cü il təvəllüdlü Əhmədov Əjdər Şəmkir oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31