“VAZ-2107” “Tatra” ilə toqquşdu-sürücü hadisə yerində öldü
23 Oktyabr 2018 19:00 KriminalAbşeron rayonunun Qobu qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-dən "Olaylar"a verlən məlumata görə, oktyabrın 22-də saat 18 radələrində Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində qəsəbə sakini Dərya Alxasovun idarə etdiyi "VAZ-2107" və Bakı şəhər sakini Emil Abdullayevin idarə etdiyi "Tatra" markalı yük avtomobili toqquşmuş, nəticədə D.Alxasov hadisə yerində ölmüşdür. Abşeron RPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31