Binəqədidə 10 dilənçi saxlandı

Paytaxtın Binəqədi rayonunda 10 nəfər dilənçi saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, Binəqədi RPİ-nin əməkdaşları tərəfindən rayon ərazisində dilənçiliklə məşğul olan 10 nəfər saxlanılıb. Saxlanılan şəxslər barəsində müvafiq tədbirlər görülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31