“Mersedes” piyadanı vurub öldürdü
19 Oktyabr 2018 19:10 KriminalHacıqabul rayonu ərazisində "Mercedes" markalı avtomobillə piyada vurulub. DİN-dən "Olaylar"a verilən məlumata görə, oktyabrın 18-də saat 20 radələrində Hacıqabul rayonunun Muğan qəsəbəsi ərazisində Ağdaş rayon sakini İlkin Eyvazov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən Udulu kənd sakini Ağacəfər Səfərovu vurub. Nəticədə piyada hadisə yerində ölmüşdür. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31