Çoxsaylı oğurluq və dələduzluq hadisəsi törədən ələ keçib
19 Oktyabr 2018 19:08 KriminalNizami (Gəncə) rayonu ərazisində çoxsaylı oğurluq və dələduzluq hadisəsini törətməkdə şübhəli bilinən şəxs tutulub. DİN-dən "Olaylar"a verilən məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il oktyabrın 19-dan cari il oktyabrın 8-dək olan müddətdə rayon ərazisindəki 1 evdən və 1 avtomobildən məişət əşyaları, 3 nəfərə məxsus mobil telefonları oğurlamaqda, eləcə də 1 nəfərin mobil telefonunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Əliyev saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31