Masallıda mağaza yanıb
19 Oktyabr 2018 18:48 KriminalMasallı rayonunun Bədəlan kəndində mağaza yanıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə ümumi sahəsi 80 m2 olan mağazanın anbarının tavanı 30 m2 sahədə, içərisində olan 5 ədəd soyuducu, ərzaq malları və məişət əşyaları yanıb. Anbarın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31