Avtomobili qarət edən ələ keçib

Lökbatan qəsəbəsində silsilə oğurluqla məşğul olan şəxs saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Qaradağ RPİ 10-cu PB-nin əməkdaşları tərəfindən oktyabrın 6-da rayon ərazisində avtomobillərin birindən 300 manat və sənəd oğurlamaqda şübhəli bilinən Lökbatan qəsəbə sakini Vüqar Zeynalov saxlanılmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31