Gəncədə çay evi yanıb

Gəncə şəhərində ümumi sahəsi 50 m2 olan çay evində yanğın qeydə alınıb. Fövqəladə Fallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə çay evinin giriş qapısı və içərisində avtomobil təkəri yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31