Bakıda kafe yanıb
18 Oktyabr 2018 18:55 KriminalBakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 80 m2 olan, kafe kimi fəaliyyət göstərən tikildə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a veilən məlumata görə, nəticədə kafenin mətbəxinin və dəhlizinin lambirdən ibarət tavanı 22 m2 sahədə, mətbəx mebeli 2 m2 sahədə yanıb. Yüksək temperaturdan plastik qapı qismən əriyib. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31