12 qadının telefonunu oğurlayan keçmiş məhkum tutulub

Bakıda 12 qadının mobil telefonunu oğurlayan şəxs tutulub. Daxili İşlər Nazirliyindən "Olaylar"a verilən məlumatda bildirilib ki, Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və Nizami RPİ-nin 23-cü Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin sentyabr ayından oktyabrın 16-dək olan müddətdə rayon ərazisində ictimai nəqliyyatda və insanların sıx olduğu yerlərdə ümumilikdə 12 qadının çantalarından mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Oqtay Hüseynov saxlanılıb.Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31