Evlərə qənim kəsilən şəxs ələ keçib

Astara rayonunda evlərdən oğurluq edən şəxs saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 6-dan oktyabrın 11-dək olan müddətdə rayon ərazisindəki 3 evdən qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən  Şahağacı kənd sakini, əvvəllər məhkum olunmuş Elçin Hüseynov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülmüşdür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31