Avtomobil qaçıran şəxs yaxalanıb
17 Oktyabr 2018 17:37 KriminalBərdə şəhərində avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, oktyabrın 16-da Bərdə şəhərinin ərazisindən şəhər sakini Fuad Mirzəyevə məxsus "VAZ-21011" markalı avtomobil qaçırılmışdır.Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Mehdili kənd sakini Bəxtiyar Əliyev kənd ərazisində avtomobillə birgə saxlanılmışdır. Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31