Azyaşlını avtomobillə vurub aradan çıxdı
17 Oktyabr 2018 17:33 KriminalAzyaşlını avtomobillə vurub aradan çıxan saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, oktyabrın 16-da saat 12 radələrində Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini - azyaşlı Mirəziz Camalzadə vurulmuşdur. Nəticədə azyaşlıya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır. Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən "VAZ-2103" markalı avtomobilin sürücüsü, Astara şəhər sakini İskəndər İsayev saxlanılmışdır. Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31