Oğurluqda şübhəli bilinən qrupun digər üzvü saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 4000 manat dəyərində əntiq əşyalar oğurlamaqda şübhəli bilinən qrupun digər üzvü Ramin Cəbrayılov saxlanılmışdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31