Ölkəyə qanunsuz telefon gətirilməsinin qarşısı alınıb
16 Oktyabr 2018 19:04 KriminalAzərbaycan gömrükçüləri mobil telefonların gömrük nəzarətindən gizlin şəkildə ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsindən "Olaylar2a verilən məlumatda bildirilib ki, Komitənin Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, "Xanoba" gömrük postunda Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-21043" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib. Baxış zamanı, Rusiya istiqamətindən daxil olan həmin nəqliyyat vasitəsinin arxa oturacağının alt hissəsindəki örtüyün altında gömrük nəzarətindən gizlədilmiş 8 ədəd "NANO BQ-1411" markalı mobil telefon aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31