Lerikdə yük maşını dərəyə aşdı
15 Oktyabr 2018 17:27 KriminalLerik rayonunun Vıjaker kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən "Olaylar" verilən məlumata görə, oktyabrın 14-də saat 14 radələrində Lerik rayonunun Vıjaker kəndi ərazisində kənd sakini Nazim Şərifov idarə etdiyi "QAZ-66" markalı avtomobili aşırıb. Nəticədə sərnişini, Conu kənd sakini Təvəkkül Mirzəyev hadisə yerində ölüb. Lerik RPŞ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31