Oğru “iş başında” yaxalanıb
10 Oktyabr 2018 17:57 KriminalOğurluğa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oktyabrın 8-də rayon ərazisindəki evlərin birindən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Yaqubov saxlanılıb. Ətrafında keçirilmiş tədbirlərlə onun sentyabr ayı ərzində Binə qəsəbəsindəki 2 evdən ümumilikdə 900 metr elektrik naqili oğurlaması da müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31