Qəbələdə ağır yol qəzası baş verib
10 Oktyabr 2018 17:45 KriminalQəbələ rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən "Olaylar"a bildirilib ki, oktyabrın 9-da saat 1 radələrində Qəbələ rayonunun Həmzəli kəndi ərazisində Bərdə rayon sakini Qulu Əzimov idarə etdiyi "VAZ-2107" markalı avtomobili yolun kənarındakı beton səddə vurmuş və idarəetməni idirdiyindən avtomobil dərəyə aşmış, sonradan beton sədd avtomobilin üzərində düşmüşdür. Nəticədə sürücü və sərnişini, Yevlax rayon sakini Vüqar İmanov hadisə yerində ölmüşlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31