Gömrük əməkdaşları ilə bağlı 3 cinayət işinin istintağı gedir

Dövlət Gömrük Komitəsi korrupsiyaya yol vermiş əməkdaşları barədə hüquqi qiymət verilməsi üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə 2 material göndərib. "Olaylar" xəbər verir ki, bu barədə Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib. İdarə rəisi qeyd edib ki, hər iki material üzrə cinayət işlərinin başlanması nəzərdə tutulur. Eyni zamanda idarədə gömrük əməkdaşlarının fəaliyyəti ilə bağlı 3 cinayət işi var ki, onların istintaqı davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31