3 evdən qaz sayğacı oğurlayan tutulub

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il aprelin 9-dan iyulun 4-dək olan müddətdə ümumilikdə 3 evdən qaz sayğacı, soyuducu mühərriki, kosmetik əşyalar, habelə idarələrdən birinə məxsus rezin borunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Şamo Məmmədov saxlanılmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31