Avtomobildən oğurluq edən şəxslər saxlanılıblar
8 Oktyabr 2018 17:52 KriminalAvtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. DİN-dən "Olaylar"a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
Qaradağ RPİ 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 15-də H.Mənsimovun "Mercedes" markalı avtomobilindən 2500 manatını oğurlamaqda şübhəli bilinən Samux rayon sakini Mirhəşim Seyidov saxlanılıb.
Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən oktyabrın 3-də rayon sakini A.Salmanovanın "Nissan" markalı avtomobilindən 45 manatını və mobil telefonunu oğurlamaqda şübhəli bilinən şəhər sakini Elməddin Əmiraslanov saxlanılıb. Faktlarla bağlı araşdırma aparılır.