Silsilə oğurluqla məşğul olan şəxslər tutulublar

Oğurluq etməkdə şübhəli bilinən Hövsan qəsəbə sakinləri Atamoğlan Cabbarov və Anar Quliyev saxlanılıblar. DİN-dən "Olaylar"a verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Suraxanı RPİ 30-cu PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabr ayı ərzində rayon ərazisindəki 1 evdən və 1 avtomobildən pul və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Hövsan qəsəbə sakinləri Atamoğlan Cabbarov və Anar Quliyev saxlanılıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31