İçərisində 25.000 manat olan bağlamanı qadından alıb aradan çıxdı

Quldurluq etməkdə şübhəli bilin Bakı şəhər sakini saxlanılıb. DİN-dən Olaylar"a verilən məlumata görə, oktyabrın 7-də saat 22 radələrində paytaxtın Nizami rayonunun Şərifli küçəsindəki evlərin birinin girişində 2 naməlum şəxs Bakı şəhər sakini R.Sadıqovu və onun arvadını döyüb, içərisində 25.000 manat olan bağlamanı qadından alıb. Bu zaman R.Sadıqov onlardan birini saxlayıb və polis əməkdaşlarına təhvil verib. Digər şəxs isə pulla birgə qaçıb aradan çıxıb. Nizami RPİ-nin 25-ci Polis Şöbəsində aparılan araşdırmalarla quldurluğu törətməkdə şübhəli bilinərək saxlanılan şəxsin Bakı şəhər sakini Balağa Nuriyev olduğu müəyyən edilib. Cinayətdə şübhəli bilinən digər şəxsin də tutularaq məsuliyyətə cəlb olunması üçün polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31