Bakıda daha bir avtobus qəzası -Avtobus ağaclığa çırpıldı - FOTO

Bakıda daha bir avtobus qəzası baş verib.

GoldNews.az-ın xəbərinə görə, hadisə ötən gün axşam saatlarında paytaxtın Xətai rayonunda baş verib.

Belə ki, Nobel prospektində hərəkətdə olan 60 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu idarəetmədən çıxaraq yolun kənarındakı ağaclığa çırpılıb. Xoşbəxtlikdən hadisə zamanı avtobusda sərnişin olmayıb. İlkin məlumata görə, sürücü avtobusu qarağa aparmaq istəyərkən hadisə baş verib.

Hadisə nəticəsində sürücü yüngül xəsarət alıb. Ona ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31