Qadının qızıllarını oğurlayan yaxalanıb

Paytaxt sakini olan bir qadının qızıl əşyalarını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən şəxs saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 8-də paytaxt sakini olan bir qadının 20.000 manat dəyərində qızıl əşyalarını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Xırdalan şəhər sakini Arif Bayramov saxlanılmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31