Evdən qızıl-zinət aparan ələ keçdi

Səbail rayonu ərazisindəki evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs tutulub. DİN-dən "Olaylar"a verilən məlumata görə, Səbail RPİ 9-cu PB-nin əməkdaşları tərəfindən sentyabrın 30-da rayon ərazisindəki evlərin birindən 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Cəmil Mahmudov saxlanılmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31