Evdən qızıl aparan şəxs tutulub
5 Oktyabr 2018 18:00 KriminalNərimanov rayonu ərazisindəki evlərin birindən qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəxs saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi, Kriminalistik Tədqiqatlar İdarəsi və Nərimanov RPİ 16-cı PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 15-də Nərimanov rayonu ərazisindəki evlərin birindən 3000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini Rövşən Məmmədov saxlanılmışdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31