3 avtomobili qarət edən ələ keçib
4 Oktyabr 2018 18:20 KriminalXətai rayonu ərazisində 3 avtomobildən maqnitofon və yan güzgüləri, habelə 1 həyətdən samovar oğurlamaqda şübhəli bilinən şəxs saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 7-dən sentyabrın 27-dək olan müddətdə rayon ərazisində 3 avtomobildən maqnitofon və yan güzgüləri, habelə 1 həyətdən samovar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olmuş Ceyhun Yarıyev saxlanılmışdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31