Liftin zəncirini oğurlayan tutulub

Yasamal rayonu ərazisindəki tikintisi başa çatmamış binaların birindən lift zəncirini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar. DİN-dən "Olaylar"a verilən məlumata görə, Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 31-də rayon ərazisindəki tikintisi başa çatmamış binaların birindən 2500 metr lift zəncirini oğurlamaqda şübhəli bilinən Masallı rayon sakinləri Bəhruz Cəfərov və Rövşən Dadaşov saxlanılmışlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31