Evdən qızıl aparan ələ keçib
4 Oktyabr 2018 18:12 KriminalBuzovna qəsəbəsindəki evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 2-də Buzovna qəsəbəsindəki evlərin birindən 1000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən ev sahibinin bacısı, Sabirabad rayon sakini S.Nəsirova saxlanılmışdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31