Avtomobil qaçıran yaxalanıb

Sentyabrın 20-də Sabunçu rayonu ərazisindən qaçırılmış "VAZ-2101" markalı avtomobil polis əməkdaşları tərəfindən saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, sentyabrın 20-də Bakı şəhər sakini Qəşəm Mirzəyevin "VAZ-2101" markalı avtomobilinin Sabunçu rayonu ərazisindən qaçırılması barədə 12-ci Polis Şöbəsinə məlumat daxil olub. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin nəqliyyat vasitəsinin oktyabrın 3-də saat 13 radələrində Balaxanı qəsəbəsi ərazisində hərəkətdə olması DİN-in Təhlükəsiz Şəhər Xidməti tərəfindən müəyyən edilib. Dərhal görülən tədbirlərlə avtomobil  qəsəbə ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma zamanı sürücü, qəsəbə sakini Xəyal Behbutov həmin avtomobili cari il sentyabr ayının 29-da Novruz adlı şəxsdən 350 manata aldığını bildirib. Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31