Şəkidə itkin düşən nazirlik əməkdaşının meyiti meşədə ağacdan asılı vəziyyətdə tapılıb - FOTO
4 Oktyabr 2018 09:40 KriminalŞəkidə itkin düşən nazirlik əməkdaşının meyiti meşəlik ərazidən ağacdan asılı vəziyyətdə tapılıb.
"Report"un Şəki-Zaqatala bürosunun məlumatına görə, Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki rayon şöbəsinin əməkdaşı, 1956-cı il təvəllüdlü Şəki şəhər sakini Ramis Azaqovun meyiti ötən gün Yevlax rayon ərazisində meşəlik sahədə ağacdan asılı vəziyyətdə aşkarlanıb.
Qeyd edək ki, Ramiz Azaqov sentyabrın 23-də səhər saatlarında Şəki şəhəri "dağ dibi" deyilən ərazidə yaşadığı evdən tələsik halda çıxıb və geri dönməmişdi.
Faktla bağlı araşdırma aparılır
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31