Bərdədə dəhşətli qəza: yük maşını ilə minik maşını toqquşdu, 4 ölü var
4 Oktyabr 2018 09:27 KriminalBərdə rayonu, Mehdili kəndində yük maşını ilə minik maşını toqquşub. FHN-dən Trend-ə verilən məlumata görə, "Shacman" markalı yük avtomobili ilə "VAZ" markalı minik avtomobili toqquşub.Hadisə yerinə cəlb olunmuş Qarabağ Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış biri azyaşlı olmaqla 4 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil verib. Əməliyyat başa çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31