Evdən pul və qızıl aparan ələ keçib

Nərimanov rayonu ərazisindəki evlərin birindən pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ötən il fevralın 4-də rayon ərazisindəki evlərin birindən 2600 manat və 1200 ABŞ dolları, habelə 30.000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakini Kamran Dadaşzadə saxlanılmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31