Kompyuter oyunları salonunu qarət edən yaxalanıb

Göyçay rayonu ərazisindəki kompyuter oyunları salonlarının birindən oğurluq etməkdə şübhəli bilinən şəxs  saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Göyçay RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 30-da rayon ərazisindəki kompyuter oyunları salonlarının birindən pul, 6 ədəd oyun aparatı, 16 ədəd pult və 1 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Fərid Hacıyev saxlanılmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31