6 həyətdən oğurluq edən şəxs tutulub
3 Oktyabr 2018 17:48 KriminalNizami (Gəncə) rayonu ərazisindəki 6 həyətyanı sahədən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il fevralın 7-dən sentyabrın 28-dək olan müddətdə rayon ərazisindəki 6 həyətyanı sahədən pul, 1 baş qoyun və ev quşları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Eşqin Eyvazov saxlanılmışdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31