Oğrunun digər əməlləri ifşa edilib
3 Oktyabr 2018 17:45 KriminalOğurluq etdiyinə görə tutulmuş şəxsin digər əməlləri ifşa edilib. DİN-dən "Olaylar"a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Süleyman Süleymanlının ətrafında Sumqayıt ŞPİ 1-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun cari il fevralın 8-dən sentyabrın 1-dək olan müddətdə şəhər ərazisindəki 4 evdən pul və qızıl əşyalar oğurlaması da müəyyən edilmişdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31