Daşkəsəndə yataqxana yanıb

Daşkəsən rayonunda ikimərtəbəli yataqxana binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə bunanın 1-ci  mərtəbəsində ümumi sahəsi 20 m² olan 1 otağında döşəmə və ev əşyaları 3 m² sahədə yanıb. Otağın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31