Evdən qızıl-zinət aparanın əlləri qandallanıb

Xətai rayonu ərazisindəki evlərin birindən qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən şəxs  saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Xətai RPİ 34-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 16-da rayon ərazisindəki evlərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Murad Zamanov saxlanılmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31