Avtomobil yolu keçən piyadanı vurub öldürdü

Ağstafa rayonunun Qırlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, oktyabrın 1-də saat 20 radələrində Ağstafa rayonunun Qırlı kəndi ərazisində Tovuz rayon sakini Rabil Rüstəmov idarə etdiyi "VAZ-21013" markalı avtomobillə yolu keçən kənd sakini Samir Qurbanovu vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada  orada ölmüşdür. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31