“KamAz”ın vurduğu 9 yaşlı uşaq hadisə yerində ölüb
2 Oktyabr 2018 17:23 KriminalQobustan qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən "Olaylar"a verilən məlumata görə, oktyabrın 1-də saat 17 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Bakı şəhər sakini Vüqar Paşayev idarə etdiyi "KamAZ-6520" markalı avtomobillə yolu keçən qəsəbə sakini - 9 yaşlı Ayxan Hüseynovu vurmuş və nəticədə azyaşlı hadisə yerində ölmüşdür. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31