Dəhşətli qəza ilə bağlı ŞOK DETAL

Binə qəsəbəsində sərnişin avtobusu ilə qatar toqquşarkən şlaqbaumun açıq olub-olmadığı araşdırılır.

Bu barədə  "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova məlumat verib.

Onun sözlərinə görə, artıq hadisə ilə bağlı yayılmış görüntülərdə şlaqbaumun olması tam aydın görünmür:

"Yayılan görüntülər barədə rəhbərliyə də məlumat vermişəm. Biz də məsələni araşdırırıq. Ərazidəki kamera görüntülərini Daxili İşlər Nazirliyindən əldə etməyə çalışırıq. Görüntülər əldə ediləndən sonra şlaqbaumun olub-olmadığı daha dəqiq bəlli olacaq. Yalnız bundan sonra məlumat verə bilərik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31