Tovuzda 3 otaqlı ev yanıb
1 Oktyabr 2018 18:18 KriminalTovuz rayonu, Bozalqanlı kəndində vətəndaşa məxsus evdə yanğın baş verib. Fövqəldə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə ümumi sahəsi 100 m2 olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin 1 otağının yanar konstruksiyaları, ev əşyaları 8 m2 sahədə yanmış, yüksək temperaturdan aynabəndin taxtadan ibarət tavanı qismən qarsalanmışdır. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənmişdir. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31