Oğrunun digər əməlləri ifşa edilib

Oğurluq etdiyinə görə tutulmuş şəxsin digər cinayətkar əməlləri müəyyən edilib. DİN-dən "Olaylar"a verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulmuş Asiman Allahverdiyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun sentyabrın 23-də rayon ərazisindəki evlərin birindən 2500 manat dəyərində qızıl boyunbağı oğurlaması da müəyyən edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31