“KamAz” 10 yaşlı uşağı vurub öldürdü

Salyan rayonu ərazisində "KamAZ" markalı avtomobillə velosiped sürən 10 yaşlı N.Məlikov vurulub. DİN-dən "Olaylar"a verilən məlumata görə, sentyabrın 30-da saat 18 radələrində Salyan rayonunun Xıdırlı kəndi ərazisində kənd sakini Şahin Əsədov idarə etdiyi "KamAZ" markalı avtomobillə yolun kənarı ilə velosiped sürən qohumu - 10 yaşlı Nurlan Məlikovu vurmuş və nəticədə uşaq hadisə yerində ölmüşdür. Salyan RPŞ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31