Mikroavtobusla yük avtomobili toqquşd-ölən və xəsarət alan var

Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində mikroavtobus və yük avtomobili toqquşub. DİN-dən "Olaylar"a verilən məlumata görə, sentyabrın 30-da saat 8 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində Qubadlı rayon sakini Rövşən Həsənovun idarə etdiyi "Mercedes" (mikroavtobus) və Abşeron rayon sakini Qabil Məmmədovun idarə etdiyi "Mercedes" (yük) markalı  avtomobillər toqquşmuşdur. Nəticədə R.Həsənov və sərnişinlərindən 60-65 yaşlı qadın hadisə yerində ölmüş, digər 5 sərnişini xəstəxanaya yerləşdirilmişlər. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31