Avtomobil vuran piyada xəstəxanada ölüb

Sumqayıt şəhəri ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən "Olaylar"a verilən məlumata görə, sentyabrın 28-də saat 19 radələrində Sumqayıt şəhərinin 18-ci mikrorayon ərazisində müəyyən edilməmiş avtomobillə şəhər sakini Sevil İbrahimova vurulmuşdur. Xəstəxanaya yerləşdirilmiş piyada sentyabrın 30-da orada ölmüşdür. Yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən "Toyota" markalı avtomobilin sürücüsü, şəhər sakini Elçin Allahverdiyev 1-ci PB-nin əməkdaşları tərəfindən saxlanılmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31